9 Yanvar 2015 15:28
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı növbəti araşdırmaların nəticəsi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 116 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 55 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə 47 iş üzrə 550 400 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 560.35 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 182 iş üzrə 47074.1 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 35, məhkəmələrə isə 2 iş göndərilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər