20 İyul 2023 17:18
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron Rayon İcra Hakimiyətinin, Mərkəzi Qan Bankının və Abşeron Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, rayonun Xırdalan şəhərində yerləşən Mərkəzi Xəstəxanada təşkil olunan aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb.

Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə xəstəxananın və Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilmiş və daha sonra qanın verilməsinə başlanılıb.

Qanvermə aksiyasında 100 nəfərdən artıq rayon sakini könüllü iştirak edib. Qan ehtiyacı olan insanlara kömək etmək məqsədilə Abşeron rayonunda baş tutan aksiyada Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, o cümlədən rayonda fəaliyyət göstərən təşkilatların nümayəndələri və sakinlər fəal iştirak ediblər.

Qeyd edək ki, toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər