30 İyul 2023 11:42
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərakeş ilə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə ümid edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Mərakeşin Milli Günü münasibətilə Mərakeş xalqını və hökumətini ürəkdən təbrik edir, onlara ən xoş və ən səmimi arzularımızı çatdırırıq! Biz ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə ümid edirik", - deyə paylaşımda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər