Havanın temperaturu Bakıda 41, Naxçıvanda 42, aran rayonlarında 43 dərəcəyə çatıb.
Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, avqustun 11-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da 42 dərəcəyədək, aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.