15 Avqust 2023 16:09
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mühasibi, iki şöbə və bir sektor müdiri işdən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, nazirliyin şöbə müdirləri Abdulla Əsgərov və Vüsal Abdullayev, sektor müdiri Murad Babayev və mühasibi Sevindik Vəliyev vəzifələrindən azad olunublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər