“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sağlamlıq imkanları məhdud və aztəminatlı şəxslər üçün dərzilik kurslarının təşkili” layihəsini icra edir.
Təşkilat sədri Səlimova Gülnarənin sözlərinə görə, layihənin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslər və aztəminatlı ailələrin xanımları üçün dərzilik kurslarını təşkil etmək, onların bu sahədə bacarıqlarını artırmaq və məşğulluqlarını təmin etməkdir.
İmkansız ailələrin siyahısı Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən verilib.
"Nazirlilk bizə 8 qadının siyahısını təqdim etdi. Dərslər uğurla davam edir. Kurs iştirakçılarına öncə dərzilik sənətinə aid ilkin bacarıqlar, dərzilik sənətində tətbiq olunan avadanlıqlar və köməkçi vasitələrlə işləmə bacarığı aşılamaqdır. Kurslar peşəkar usta tərəfindən keçirilir"