Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün “Facebook” səhifəsində yazıb.
“Mən Laçın şəhərində olarkən Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirdim. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!", - o vurğulayıb.