"2026-27-ci il tədris ilində 75 min tələbə qəbulu nəzərdə tutulur".
Teleqraf.com xəbər verir ki, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev 2023-24-cü tədris ili üçün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox artıb: " Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb.
Magistr səviyyəsi üzrə 2023-24-cü tədris ilində qəbul 13 485 nəfər olub ki, 10 il əvvəllə müqayisədə 3 dəfə çoxdur.
2023-2024-cü ildə tələbə köçürülməsi üzrə 4 316 müraciət daxil olub, 60 faizi təsdiqlənib