8 Sentyabr 2023 11:35
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-də İsrailin Mekorot Water Company şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Teleqraf.com-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlər barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb: “Cənab Prezidentin 12 aprel 2023-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılıb. Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.

İsrailin milli su operatoru Mekorot Water Company şirkətinin direktorlar şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 faizinin təmsil etdiyi şirkət tərəfindən təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60 faizinin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirdi. Mekorot Water Company şirkəti və onun törəmə müəssisələri hazırda dünyanın bir sıra ölkələri ilə dəniz suyunun duzsuzlaşdırılması, eləcə də suyun idarə edilməsi sahəsində əməkdaşlıq edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC ilə Mekorot Water Company şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb. Görüşdə içməli su təchizatı sektorunda gələcək əməkdaşlıq məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər