Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin 2023-cü il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.
Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Minsk unikal görməli yerlərlə və rahat parklarla dolu gözəl və tarixi bir şəhərdir.