18 Sentyabr 2023 11:11
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz Musayevin oğlu Furqan Musayev "Beşiktaş"ın U-14 komandasına transfer olunub.

Teleqraf.com xəbər verir ki, bundan öncə Furqan Musayev "Qarabağ” klubunda məşqlərə cəlb edilirdi.

“Qarabağ” klubunda maraqlı oyun göstərən Furqanla 2024–cü ilə qədər müqavilə bağlanıb. Oyunlarda Furqan xarici mütəxəssislərin də diqqətini cəlb edib və o, “Beşiktaş” klubuna dəvət olunub. “Beşiktaş” klubunun nümayəndələrinin “Qarabağ” klubu rəhbərləri ilə razılaşmasına əsasən 2021-ci ildən Furqan İstanbul şəhərində “Beşiktaş” klubunda U-12 U-14 alt yaş qruplarında məşqlərə başlayıb və oyunlarda iştirak edib.

“Beşiktaş” klubunun rəhbərliyi özünəməxsus oyun göstərən Furqan Musayevi rəsmi olaraq transfer etmək üçün “Qarabağ” futbol klubuna və UEFA-ya müraciət edib. Bir neçə gün öncə isə gözlənilən xəbər gəlib.

UEFA-nın rəsmi qeydiyyatı, “Qarabağ” futbol klubunun razılığı ilə Türkiyə Futbol Federasiyası Furqan Musayevi “Beşiktaş” klubunun alt yaş qruplarında U-14 yaşlılar üzrə əsas heyətinə rəsmi transfer edir.

İstedadlı futbolçu artıq “Fənərbaxça” və digər klubların da mütəxəssislərinin diqqətini cəlb edib və onlar da Furqan Musayevi öz klublarında görmək istədiklərini bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər