19 Sentyabr 2023 12:34
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 11 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 9 nəfər xilas edilib. Həmçinin, Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində subasmaya məruz qalmış fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan 38 nəfər təxliyə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər