28 Sentyabr 2023 11:52
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinə başlanılıb.

Teleqraf.com-un Komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın 13 sentyabr 2023-cü il tarixli sərəncamı ilə Komitə yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb.

İctimai Şura üzvlüyünə seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının qərarına əsasən namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün müddət 28 sentyabr 2023-cü il tarixdən başlayaraq 20 iş günü müddətində müəyyən edilib. Müraciətlər üzrə qeydiyyat oktyabrın 25-i saat 18:00-da başa çatır. Seçki Komissiyasının qərarı ilə İctimai Şura üzvlərinin say həddi 9 nəfər olaraq müəyyən edilib.

İctimai Şuraya üzv olmaq istəyən namizədlərə dair tələblər:

İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, gömrük işi sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycanın fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.

Hər bir vətəndaş cəmiyyəti institutu, müvafiq qanunvericiliyə uyğun olaraq İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürməlidir.

Namizədliyin irəli sürülməsi barədə müraciət [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Vətəndaş cəmiyyəti institutu müraciətinə namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- şəxsiyyət vəsiqəsinin surəti;

- namizədin tərcümeyi-halı;

- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;

- namizədin Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri ilə əlaqəli sahələr üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənəd və məlumatlardan əlavə vətəndaş cəmiyyəti institutları tərəfindən namizəd barədə geniş məlumat verən digər sənəd və məlumatlar da təqdim edilə bilər.

Seçki Komissiyasının üzvləri barədə məlumatı aşağıdakı keçid vasitəsilə əldə edə bilərsiniz:

https://customs.gov.az/az/komite/ictimaisura/

DGK yanında İctimai Şuraya seçkilərlə bağlı suallarla əlaqədar vətəndaş cəmiyyəti institutları Seçki Komissiyasına iş günləri saat 09.00-dan 18.00-dək müraciət edə bilərlər.

Telefon nömrəsi: (012) 404-22-00 (daxili 22-14)

E-poçt ünvanı: [email protected]


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər