30 Sentyabr 2023 22:07
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açması nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Teleqraf.com xəbər verir ki, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu sosial şəbəkədə şəhidin fotoları yayıb.

Vüsal Orucov 2005-ci ildə Qusar rayon Sucaval kəndində doğulub. Ailədə 6 uşaqdırlar: 3 bacı, 3 qardaş. 11 aprel 2023-cü ildə hərbi xidmətə gedib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər