Avropa Parlamentinin bu qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlüyü göstərir və islamafob addımdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.
O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb:
“Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxaqlığını göstərir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq".