24 Oktyabr 2023 14:37
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-Sumqayıt yolunda avtobuslar arasındakı interval 5 dəqiqəyə endiriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Report-a müsahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

“Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 10 dəqiqə qısalıb. Avtobuslar arasındakı intervalın isə 5 dəqiqə təşkil etməsi gözlənilir. Bu hələ ilkin nəticələrdir. Zolağın təşkili ilə bağlı sərnişinlərin də rəyləri müsbətdir.

Hazırda Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1 800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minədək ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq”, - qurum rəsmisi əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər