Azərbaycanda ilk dəfə bir neçə məhbus məzuniyyətə buraxılıblar.
Teleqraf.com xəbər verir ki, bir neçə günlük məzuniyyətə buraxılan məhbuslar, müddət bitdikdən sonra cəzaçəkmə müəssisəsinə geri dönüblər.
Penitensiar Xidmətdən bildirilib ki, bundan başqa, yeni təyin olunmuş Xidmət rəisi Mirsaleh Seyidovun tapşırığı ilə çoxsaylı yeniliklər tətbiq olunub. Yeni çağrı mərkəzi yaradılıb, sosial şəbəkə hesabları istifadəyə verilib və təcridxanalarda və cəzaçəkmə müəsissələrində korrupsiya halları ilə mübarizə sərtləşdirilib.