5 Noyabr 2023 20:49
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə AR Vəkillər Kollegiyasına və Naxçıvan MR Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 3 saat davam edən imtahanda ümumilikdə 284 nəfər iştirak edib. AR Vəkillər Kollegiyasına sənəd verən 264 namizəddən 54 nəfəri, Naxçıvan MR Vəkillər Kollegiyasına sənəd verən 20 namizəddən 14 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak etmişdir.

Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlər Sənəd Qəbulu Komissiyasına 2023-cü il dekabr ayının 1-dən 29-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
  2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;
  3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
  5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
  6. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
  7. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;
  8. Vəkilin şəxsi məlumat vərəqəsi;
  9. Tərcümeyi-hal.

Naxçıvan MR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcəkdir.

Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.

Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin SİYAHISI


















Müəllif: Teleqraf.com

Oxşar xəbərlər