Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala RMX PHŞ, Şirvan-Salyan regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin, Neftçala təhsil sektorunun birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” nə həsr olunan “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda silsilə tədbirlərin keçirilməsi davam edir.
Teleqraf.com xəbər verir ki, tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, Neftçala RMX PHŞ-in həkimləri, tibb işçiləri, müəllimlər, rayon ağsaqqalları, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Neftçala RMX PHŞ inzibati binasında ümummilli lider Heydər Əliyevin, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında şəhidlərin xatirəsinə həsr olunan guşənin açılışı olub və şəhid ailələri ilə RİH-in başçısı görüşüb.
Öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyi olmasını, əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və bunun nəticəsi olaraq Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Mirhəsən Seyidov bildirib ki, respublikamız 20 ildir ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolundan keçib. O, İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gündən etibarən ölkədə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlərdən, Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsində həll olunması, işğaldan azad olunan torpaqlarda aparılan abadlıq-quruculuq işləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Rayon ağsaqqalları ilə görüşən icra başçısı Prezident İlham Əliyevin rəhbərliyilə bütün sahələrdə əldə olunan nailiyyətlərdən, həyata keçirilən sosial-iqtisadi islahatlar, regionlarda və eyni zamanda Neftçala rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, o cümlədən ölkəmizin şanlı tarixinə Zəfər Günü ilə daxil olan Vətən müharibəsində qazanılan şanlı qələbəmiz haqqında görüş iştirakçılarına geniş məlumat verib və hər kəsi Zəfər bayramı münasibətilə təbrik edib.
Neftçala RMX PHŞ keçirilən tədbirdə Neftçala RMX PHŞ-in bir qrup tibb işçiləri, həkimləri, şəhid ailələri Neftçala RİH-i və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının rayon şurası tərəfindən fəxri fərmanlarla təltif ediliblər.