Sabah Bakıda 4 marşrut avtobusunun hərəkət sxemi dəyişdiriləcək.
Teleqraf.com xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə noyabrın 9-u saat 10:00-dan saat 14:00-a qədər asfalt-beton örtüyü qazılaraq bərpa işləri aparılacaq.
Təmir-bərpa işləri ilə əlaqədar həmin yol sahəsindən keçən 7A, 7B, 67 və 199 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində müvafiq dəyişikliklər edilərək fəaliyyətləri alternativ küçələrlə təşkil olunacaq.