Bölgələrdə içini doldura bilmədiyimiz obyektlərin təyinatı dəyişməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, Bakıda da bir sıra idman meydançaları bərbad gündədir: “Bir çox məktəblərə idman meydançalarının yaradılmasına da köməklik edilməlidir".
Deputat bildirib ki, bölgələrə qatar xəttinin olmaması bir çox çətinliklər yaradır: "Rayonlarda real vəziyyətə diqqət olunmalıdır. Gələn il bələdiyyə seçkiləri ilə bağlı atılacaq addımla onları "ölü qurum"dan xilas etməliyik".