15 Noyabr 2023 11:57
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinin ilk oxunuşda müzakirəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, toplantıda hökumət üzvləri iştirak ediblər.

Deputatlar gələn ilin büdcəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra büdcə zərfinə daxil olan qanunlar birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

***

11:02

Bu gün də Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinin müzakirəsi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, artıq üç gündür ki, parlamentdə qanun layihələri müzakirə olunur.

Spiker Sahibə Qafarovasnın sədrliyi ilə keçirilən iclasa Baş nazir Əli Əsədov, Baş nazirin müavinləri, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və hökumət üzvləri də qatılıblar.

Bugünkü iclasın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:

- “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

- “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

- “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

- “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

- “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

- Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi

- Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi

- “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsi.

Qeyd edək ki, parlamentin ötən gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunlar, Vergi və Mülki məcəllələrinə dəyişiklik layihələri birinci oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər