15 Noyabr 2023 11:10
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən iclasında “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihəyə əsasən, sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri yeni qaydada ödəniləcək.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi də müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqların, humanitar yardım kimi gətirilən malların, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqların gömrük rüsumundan azad edilməsi təklif olunur.

Eyni zamanda ölkəyə idxal olunan qızılın hansı halda gömrük rüsumundan azad ediləcəyi müəyyənləşir
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər