27 Noyabr 2023 16:18
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda dövlətlər arasındakı hərbi əməkdaşlıq müzakirə olunur.

Görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlər keçirilib.

***

11:17

Bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Üçtərəfli görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlərin keçirilməsi planlaşdırılır.

***

10:07

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir.

Y.Gülər artıq Bakıdadır.

Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf prespektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib.


Müəllif: Teleqraf.com