On beş yaşlı Əmiraslanov Mədət İlham oğlu 2019-cu ildən Hoçkin limfoması (Limfa vəzilərinin bədxassəli xərçəngi) xəstəliyindən əziyyət çəkir.
Teleqraf.com xəbər verir ki, hazırda xəstəliyin üçüncü təkrarlamasıdır.
İki dəfə kimyaterpiya və radoiterapiya almağına baxmayraq xəstəlik yenidən baş qaldırıb.
Mədəd Əmiraslanovun həkimləri ona ilik köçürülməsini vacib hesab edirlər. Həkimlərin fikrincə, ilik köçürülməsi təcili aparılmalıdır.
Mədəd Əmiraslanovun ailəsi yardım məqsədilə bank hesabı açıblar. Yardımsevər insanlar bu hesaba maliyyə köçürə bilərlər.