Müğənni Çinarə Məlikzadəyə ağır itki üz verib.
Teleqraf.com xəbər verir ki, sənətçinin atası Məlik Ağalar oğlu Məlikzadə bu gün metronun "Nərimanov" stansiyasında dünyasını dəyişib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
O sosial şəbəkə hesabında Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib:
"Bir gün gələr, bir gün köçər bu dünyadan ... Olumlu-ölümlü bu dünyadan daha bir ata köçdü ... Xətrini dünyalar qədər istədiyim bir insanın müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə (06.06.1962 - 29.11.2023) metroda qəflətən dünyasını dəyişdi".