29 Noyabr 2023 19:24
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı bir ədəd "Karabin" markalı odlu silahı və 412 ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər