30 Noyabr 2023 16:51
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, təhsil ocağında ilk mərhələdə 24 istisas tədris olunacaq.

Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Komputer elmləri, Komputer mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə, marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi.

Nazir söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərini sayı artırılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər