30 Noyabr 2023 20:23
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrindəki vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə növbəti daxili müsabiqə keçirilir.

Bu barədə Teleqraf.com-a Komitədən məlumat verilib.

Daxili müsabiqənin məqsədi gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan potensiallı, səriştəli kadrların müəyyənləşdirilməsi və vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsidir.

Müsabiqədə iştirak etmək üçün ümumilikdə 536 namizəd müraciət edib və tələblərə cavab verən 333 nəfər daxili müsabiqənin “Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi”, 40 nəfəri isə birbaşa “Situativ və panel müsahibə” mərhələsində iştirak hüququ qazanıb.

“Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi” üzrə imtahan 2023-cü il dekabrın 2-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər