Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Teleqraf.com-a AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.
Zəlzələ ocağının dərinliyi 70-km-dir.
***
09:45
Hazırda zəif afterşoklar gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.
***
08:26
Azərbaycanda güclü zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a bildirilib ki, ilkin məlumata əsasən Azərbaycan ərazisəndə zəlzələ qeydə alınıb.
Yerli vaxtla 08:16-da baş verən zəlzələ 5.6 bal gücündə qeydə alınıb. Zəlzələnin ocağı Xəzər dənizində yerləşib. Zəlzələ Bakı və ətraf rayonlarda hiss olunub.