Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Teleqraf.com xəbər verir ki, yol polisi hərəkət iştirakçılarını diqqətli və təmkinli olmağa çağırıb:
“Baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi üzrə, eləcədə yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyini tam gücləndirilmiş qaydada nəzarət altında tənzimləyir”.