7 Dekabr 2023 10:08
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəlzələyə görə Bakıdakı bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını məktəbdən götürüblər, təhsil isə davam edir.

Bu barədə Teleqraf.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub:

"Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub. Hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb".

***

09:50

Bu gün səhər saatlarında qeydə alınan zəlzələdən sonra Bakının bir sıra məktəblərində tədrisin dayandırıldığı və şagirdlərin evə buraxıldığı bildirilir.

Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, rəsmi olaraq tədris dayandırılmayıb.

Bakı Şəhər Təhsil İdarəsinin bununla bağlı rəsmi məlumat yayacağı qeyd olunub.

O da bildirilib ki, zəlzələdən ehtiyat edən valideynlər şəxsi təşəbbüsü ilə övladlarını məktəbə aparmayıb.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Təkanlar Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər