7 Dekabr 2023 09:55
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kimdə təşviş yaranmasın, güclü zəlzələ gözlənilmir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu gün səhər 8:16 radələrində Xəzər dənizində qeydə alınan zəlzələdən sonra iki-üç afterşok olub.

Qeyd edək ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər