7 Dekabr 2023 13:32
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq.

Teleqraf.com xəbər verir ki, bu, Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

Belə ki, sənədə görə, növbədənkənar prezident seçkilərinin elan edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Beləliklə, 2024-cü il fevralın 7-si - çərşənbə günü qeyri-iş günü olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər