Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zambiya və ətraf regionda qarayara xəstəliyinin yayılma riskini yüksək qiymətləndirir.
Teleqraf.com xəbər verir ki, ÜST-ün Cenevrədə dərc olunan bülletenində bu ölkədə 684 nəfərdə qarayara şübhəsi ilə yoluxma faktı aşkarlanıb. Dörd nəfər ölüb.
ÜST diqqəti ölkənin 10 əyalətindən 9-na təsir edən Zambiyada mövcud olan qarayara xəstəliyinin “görünməmiş” xarakterinə yönəldir. Əvvəlki böyük epidemiya 2011-ci ildə baş vermişdi. Həmin vaxt bu xəstəliyə şübhəli 511 hal qeydə alınıb. Hazırda epidemiya Zambezi çayı hövzələri və onun qolları olan Kafue və Lunqva boyunca yerləşən əyalətlərdə yayılır. "Zambiya daxilində yayılma riski heyvanların əyalətlər arasında məhdudiyyətsiz hərəkəti səbəbindən artıb", - təşkilatdan bildirilib.