Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.