Mariya Karapetyan Azərbaycanda yaşayan minlərlə ermənidən biridir. Oğlu şəhiddir. Bəli, səhv oxumadınız. O, şəhid Samir Əliyevin anasıdır.
Teleqraf.com İTV-yə istinadən xəbər verir ki, Samir Əliyev 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biridir.
Taleyin işinə baxın ki, şəhid Samirin həyatına erməni anasının soydaşları son qoyub. İndi bu erməni qadının nə hisslər keçirdiyini demək çətindir. Mariya Karapetyan erməni olsa da, ürəyi Azərbaycanla döyünən, Vətən üçün çırpınan övlad yetişdirib. Vətənin, mərdliyin, kişiliyin milliyyəti olmur.