Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Tbilisi prospekti, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.