12 Dekabr 2023 18:06
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə, iştirakçılar Ulu Öndərin regional mərkəzlərin həyətində yerləşən büstü önünə gül dəstələri qoyub, Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirlər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirlərdə çıxış edənlər dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən ətraflı danışıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən bəhs ediblər. Ümummilli Liderin müdrik siyasəti nəticəsində qısa müddət ərzində sürətli inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycanın beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyini fəxarət hissilə dilə gətirən natiqlər, indiki və gələcək nəsillər üçün əvəzsiz məktəb olan Dahi Rəhbərin mübarizə dolu həyat yolu və zəngin siyasi irsinin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını qətiyyətlə bildiriblər.

O da vurğulanıb ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər məkanında öz sözü, siyasi çəkisi olan bir dövlət kimi tanınır, qəbul edilir. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, Azərbaycan tarixinin ən qüdrətli zirvəsinə yüksəlib.

Tədbirlərin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər