Qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan "Tik-Tok" 2023-cü ilin nəticələrinə yekun vurub.
Teleqraf.com xəbər verir ki, "Tik-Tok" Azərbaycanın ən diqqət çəkən videolarının, tanınmış yaradıcılarının və əsas hitlərinin siyahısını hazırlayıb.
Azərbaycanda məşhur videolar:
@dadlidir.az - kartof çubuqlarının inanılmaz dadlı resepti
@anarabdayev - Azərbaycandan olan istedadlı gənc rəssamdan Cristiano Ronaldonun portreti
@husu_handmade - öz əllərinizlə dəbli çantanın hazırlanması
@nugzarkvirtiya - yıxılarkən xərbə endirməklə bağlı futbol dərsi (velosiped zərbəsi)
@arzu.ja - qarderob dizaynı və zövqlü həsir çantaların seçimi
"Tik-Tok"da təhsil məzmunu Azərbaycanda istifadəçilər arasında fəal şəkildə populyarlıq qazanır.
"Booktok" fenomeni bütün dünyada sensasiyaya çevrildi: əvvəlcə bir neçə kitab həvəskarı öz kitab tövsiyələrini "Tik-Tok"da paylaşsalar da, indi bu, dünyada kitabsevərlərin ən böyük onlayn icmasıdır və "BookTok" həştəqi altında olan məzmunlar 200 milyard baxış əldə edib! Xüsusilə Azərbaycandakı istifadəçilər üçün biz #kitabfest - mütaliə və ədəbiyyata həsr olunmuş və ölkə daxilində istifadəçiləri daha çox oxumağa, kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi aparmağa, yeni ədəbiyyat kəşf etməyə və nəhəng kitabsevərlər cəmiyyətinin bir hissəsi olmağa ruhlandırmaq üçün nəzərdə tutulmuş layihə yaratmaqla "Tik-Tok"da "Boktok"u lokallaşdırdıq. Layihə çərçivəsində ədəbiyyat haqqında videolar artıq 17 milyondan çox baxış toplayıb.