18 Dekabr 2023 11:56
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son dövrlər akademiyada interyer dizayn ixtisasına axın daha çoxdur. Bir müddət əvvəl modaya maraq var idisə, indi bu sahəyə gələnlərin sayı azalıb".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev “Mədəni irs” forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, klassik rəssamlığa da sənəd verənlərin sayı azdır.

"Bu gün Bakıda yeni binalar inşa olunur və hamı istəyir ki, evini gözəl dizayn etsin. İnteryer dizaynlara ehtiyac bu səbəbdən artır. Ona görə də daha çox bu ixtisasa müraciət edirlər. Amma biz klassik rəssamlığı da yaşatmalıyıq. "

Natiq Əliyev həmçinin bildirib ki, akademiyaya son illər qızların axını daha çoxdur.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər