29 Dekabr 2023 12:18
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 15 dekabr 2023-cü il tarixində dezinfeksiya xidmətləri təqdim edən qabaqcıl şirkətlərdən biri "Ecomedi" QSC-də AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” standartı üzrə AZSTAND-ın ekspert-auditorları tərəfindən 2 mərhələli auditi keçirilib və Cəmiyyətə müvafiq uyğunluq sertifikatı təqdim edilib.

Teleqraf.com xəbər verir ki, sözügedən Sertifikat "Ecomedi" QSC-də dayanmalar (pozulmaları) zamanı şirkətin fəaliyyətinin fasiləsiz davam etməsi, baş verəcək risklər nəzərə alınmaqla müəssisənin işini az zərərlə bərpa etməsinin mümkünlüyünü təsdiq edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər