5 Yanvar 09:17
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi səbəbindən elektrik enerjisinin verilişində yaranan məhdudiyyət aradan qaldırılıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 4-ü gecə saatlarında "Ford" markalı yük avtomobilinin kommunikasiya dirəklərinə çırpılması nəticəsində Xaçmaz şəhərinin böyük bir hissəsində işıqlar sönmüşdü.

Müvafiq dövlət qurumlarının nümayəndələri gecə saatlarında əraziyə cəlb olunub və qəzanın nəticələri aradan qaldırılıb. Elektrik enerjisi və internetin verilişi bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Azərtac

Oxşar xəbərlər