"Aygün Bəylər mənə həmişə bir böyük kimi hörmət edib".
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan Aygün Hümmətovanın ( Bəylər) Səttar Bəhlulzadə adına Mədəniyyət evində baş tutan vida mərasimində deyib:
"Nə zaman məni görsə, kiçik bacı kimi qarşıma gəlirdi. Hörmətimi saxlayırdı, sənətimə böyük dəyər veriridi. Dünəndən anamla özümüzə gələ bilmirik. Şəxsən mənə dedi ki, get, bacılarına, övladına başsağlığı ver. Onun ölümünə çox üzülürük. Təəssüf ki, Aygün Bəyləri tez itirdik. Özündən geriyə bir övladı qaldı. Allah ailəsinə, övladına səbir versin. Çox çətindir. Səsi heç vaxt unudulmayacaq".