12 Yanvar 17:26
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, jurnalistin vəziyyəti ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.

***

13:42

Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

***

12:00

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib.

Teleqraf.com xəbər verir ki, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Məsləhət görülüb ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur.

Əlacsız qalan jurnalist “Zəfəran” klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib.

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib.

TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, jurnalist Səbuhi Məmmədli bu gün saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər