27 Yanvar 21:40
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 30-u gündüzədək davam edəcək.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə sulu qar, qar yağır.

Gəncə, Şəmkir, Tovuz, Ceyrançöl, Goranboy, Gədəbəy, Göygöl, Daşkəsən, Kəlbəcər, Laçın, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Zaqatala, Şahdağ, Xaltan, Quba, Biləsuvarda qar yağır.

Naftalan, Bərdə, Ağdam, Tərtər, Ağsu, İmişli, Kürdəmir, Yevlax, Sabirabad, Mingəçevir, Balakən, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Neftçala, Zərdab, Göyçay, Quba, Xaçmaz, Şabran, Bakı və Abşeron yarımadasında isə yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxtadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər