23 Yanvar 2015 18:17
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 27-də Xırdalan şəhərində Abşeron, Sumqayıt və Xızıdan olan vətəndaşları qəbul edəcək.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, səhər saat 11:00-da Xırdalan şəhər Mədəniyyət sarayında keçiriləcək qəbulda adları çəkilən şəhər və rayon sakinlərinin arzu və təklifləri, eləcə də onları narahat edən məsələlərlə bağlı müraciətləri dinləniləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlardan komitəsinin Sumqayıt - Abşeron bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər