12 Fevral 17:17
4 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Xırdalanda, Yasamalda, Biləcəridə, Yeni Günəşlidə, Qaraçuxurda divarlarda “СК.МЕФ”, “24ks.cc” adlı qrafitlərin əks olunduğu fotolar yayılıb. İddialara görə, "МЕФ” “СК” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanları ifadə edir.

Məsələ ilə bağlı Teleqraf.com-a danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, ərazidə polis orqanları tərəfindən araşdırma aparılır.

Onun sözlərinə görə, şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər