Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlanma işlərinə başlanılıb.