Ermənilər Rusiyada saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallı ilə bağlı təxribatçı və cəfəng iddialar səsləndirməyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, erməni Teleqram kanalları idmançını “nasist və terrorçu” kimi təqdim edirlər.
“Spitak Arch” adlı kanalın Zeynallı barədə iddiası isə ağ yalandır.
Yalanlarını bir qədər də şişirdən kanal yazır ki, Kamil Zeynallı 2020-ci ilin iyulunda baş verən toqquşmalar zamanı Rusiyada ermənilərə qarşı “qırğınlar” təşkil etməyə çağırıb:
“Bundan əlavə, Hadrutda “yaşlı kişinin başının kəsilməsi videosu”nda görüntülənib.
Moskvada saxlanılan Zeynallı Domodedovo hava limanından Ermənistana təhvil veriləcəyini bildirdiyi video çəkib. İnanmaq çətindir, görəcəyik”.